Azərbaycanda koronaya yoluxanların sayı 400-ü keçdi

7 Mart 2021 14:45 (UTC+04:00)

Azərbaycanda son sutkada 403 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, 3 809 aktiv xəstə sayı nəfərdir.

Son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.