Lənkəranda ötən il baş verən cinayətlərin üstü açıldı

7 Mart 2021 17:12 (UTC+04:00)

Lənkəranda ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 800 ABŞ dolları, 700 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gərmətük qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Hacızadə həbs olunub.

Aparılmış əməliyyat tədbirləri ilə onun daha 1 evdən məişət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.