Suriyada partlayış - Onlarla dinc sakin öldü

7 Mart 2021 20:36 (UTC+04:00)

Suriyanın Xama əyalətində yol kənarına basdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Ihbaria” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Salamiya şəhərindən şərqdə yerləşən kəndlərdən birində olub. Məlumata görə, iki avtobus minalara düşərək partlayıb.

Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, minalar yola İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.