Türkiyə ordusu 7 terrorçunu zərərsizləşdirdi

8 Mart 2021 01:16 (UTC+04:00)

Türkiyə ordusunun hərbçiləri Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təşkilatın 7 terrorçusu Tel Rıfat bölgəsində məhv edilib. Qeyd edilir ki, PKK/YPG terrorçuları “Fərat qalxanı” bölgəsinə hücuma hazırlaşırmış.

Nazirlik antiterror əməliyyatının davam etdiriləcəyini bildirib.