"Brent"in qiyməti 71 dolları ötdü

8 Mart 2021 08:05 (UTC+04:00)

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:25 (GMT+4) üçün 2,85 faiz bahalaşaraq 71,34 dollar/barel təşkil edib.

Teleqraf.com-un məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olub.

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə eyni vaxta görə 2,81 faiz artaraq 67,95 dollar/barel təşkil edib.

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 03:07 (GMT+4) üçün 1,64 faiz bahalaşaraq 70,5 dollar/barel təşkil edib.

Son dəfə "Brent" markalı neftin qiyməti 2020-ci il yanvarın 20-də 70 dollardan yüksək olub.

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə eyni vaxta görə 67 dollar/bareli ötüb.