NASA Aya ilk qadın astronavtını göndərir – Tarix açıqlandı

8 Mart 2021 16:55 (UTC+04:00)

ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) qarşıdakı on ilin sonundan əvvəl Aya ilk qadın astronavtı göndərməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə NASA-nın nümayəndəsi Çarli Blekuell-Tompson CBS telekanalına müsahibəsində danışıb.

Söhbət NASA-nın “Artemida” (“Artemis”) kosmik proqramından gedir. İdarə ilk dəfə ötən ilin dekabr ayənda ilk missiyalarda iştirak etmək üçün seçilmiş 9 astronavtı təqdim edib. Heyət olmadan “Orion” çoxfunksiyalı kosmik gəmisinin sınaq uçuşu 2021-ci ilin sonuna qədər keçirilə bilər.

Tompson əmindir ki, “Artemida” proqramı çərçivəsində Yerin peykinin öyrənilməsi bir çox elmi kəşflərə qatqı təmin edəcək.

NASA astronavtlarının Aya sonuncu enişi 1972-ci ilin dekabrında baş verib.