Goranboyda avtomobil motosikletlə toqquşdu

9 Mart 2021 01:16 (UTC+04:00)

Goranboyda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

"VAZ 21011" markalı avtomaşın motosikletlə toqquşub. Qəza nəticəsində ağır xəsarət alan motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü rayon sakini Muxtar Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.