Vətən müharibəsində 320 idmançı şəhid olub

30 Mart 2021 17:08 (UTC+04:00)

Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın Teleqraf.com-a verdiyi məlumata görə, onlardan 320-si şəhid olub.

Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olub.