Nəzrin Nəcəfovanın yardım kampansiyası davam edir- Foto

10 Aprel 2021 00:13 (UTC+04:00)

Xalq artisti Mələkxanım Əyyubovanın qızı, rəssam Nəzrin Nəcəfovanın Tunar üçün təşkil etdiyi yardım kampaniyası davam edir.

Teleqraf.com xəbər verir ki, Nəzrin Nəcəfova kampaniya çərçivəsində istifadə etmədiyi paltarlarını satışa çıxarıb.

Rəssam satışdan əldə olunan pulu spinomuskular atrofiya(SMA) xəstəliyindən əziyyət çəkən 2 yaşlı Tunar Bağırovun müalicəsinə təqdim edəcək.

Nəzrin Nəcəfova müəyyən miqdarda vəsaitin toplandığını və aprelin 5-də başlayan kampaniyanın şənbə və bazar günləri də davam edəcəyini deyib.