Daha bir jurnalist ölümü: Evinin önündə güllələdilər

10 Aprel 2021 11:37 (UTC+04:00)

Yunan jurnalist Yorgos Karaivaz evinin önündə güllələnərək öldürülüb.

Teleqraf.com xəbər verir ki, jurnalist Star TV-də çalışıb.

Karaivaz canlı yayımdan sonra Afina-Alimosdakı evinə gedib. Avtomobilini saxladıqdan sonra iki nəmalum şəxsin hücumuna məruz qalıb. Hadisə yerindən 17 ədəd boş giliz tapılıb. Bədəninə 6 güllə dəyən jurnalist hadisə yerindəcə ölüb.