Balakəndə korona xəstəsi saxlanıldı

13 Aprel 2021 09:52 (UTC+04:00)

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

Natiq İsayevin barəsində Balakən rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.