"Ermənilər 30 il ərzində bunu düşünməli idilər" - Hərbi ekspert

14 Aprel 2021 20:13 (UTC+04:00)

Ermənilər Hərbi Qənimətlər Parkından narahat olacaqları anları 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman düşünməli idilər. Azərbaycan tərəfi dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, torpaqları istənilən yolla azad edəcək. Yəni, danışıqlar yolu işə yaramadığı halda, hərb yolu istisna edilmirdi. Onların narahatlığı isə şəxsi problemləridir. Bu onları narahat edəcək məsələ deyil. Ordumuzun qüdrətini, imkanlarını dünyaya nümayiş etdirməklə bərabər, erməni tərəfinin istifadə etdiyi, həm də qadağan olunmuş silahları dünyaya, ictimaiyyətə nümayiş etdirmək Azərbaycanın hüququdur.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Hərbi Qənimətlər Parkı gələcək nəsillərə miras qoya biləcəyimiz ən ibrətamiz irsdir:

"Onlar heç vaxt bu qəhrəmanlıq tarixini unutmayacaq, həm də baş vermiş hadisələrindən nəticə çıxaracaqlar. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu park çox böyük əhəmiyyət daşıyacaq. Uuzn illərin məğlubiyyət acısından qurtulmaq istəyirsinizsə, buranı ziyarət edin.

Mən də bu gün Parkı ziyarət etdim. Oturacaqlar erməni sursatlarının yeşiklərindən, işıqlanma tank mərmisinin gilizindən, zibil qutuları tank batıt yükünün konteynerindən hazırlanıb. Hesab edirəm ki, ermənilər bu Parkın varlığından özlərinə nəticə çıxaracqlar".