Ağsuda qəza – Ölən var

14 Aprel 2021 13:03 (UTC+04:00)

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, C.Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini N.Məhərrəmlini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Ağsu rayon polis şöbəsində araşdırma aparılır.