Bakıda silahlı şəxs həbs olundu

14 Aprel 2021 14:31 (UTC+04:00)

Bakının Binəqədi rayonunda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov saxlanılıb.

Ondan “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar edilib.