Paşinyan iki nazir müavinini vəzifədən azad etdi

20 Aprel 2021 13:15 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan iki nazir müavinini vəzifədən azad edib.

Teleqraf.com-un məlumatına görə, ölkənin yüksək texnologiyalar nazirinin birinci müavini Qor Melikyan işdən çıxarılıb.

Digər fərmanla ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Karen İsaxanyan vəzifədən azad edilib.

Qeyd edək ki, aprelin son ongünlüyündə Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verəcəyi gözlənilir.