Bakıda arvadını və iki uşağını bıçaqlayan kişinin işi – Məhkəmədə

9 May 2021 10:15 (UTC+04:00)

Bakıda arvadını və iki uşağını bıçaqlamaqda təqsirli bilinən Afik Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə 2020-ci ilin oktyabrında Binə qəsəbəsində baş verib.

Məhəllə 2146-23 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Elnurə Əhmədova, onun oğlu, 1999-cu il təvəllüdlü Kamran Əhmədov və qızı, 2003-cü il təvəllüdlü Günel Əhmədova müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb.

Yaralılar xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün əyatlarını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisəni törədən Elnurə Əhmədovanın əri Afik Əhmədov olub.

O, hadisədən bir neçə il əvvəl Elnurə Əhmədova ilə boşanıb. Hər iki uşaq isə anasının himayəsində yaşayıb. Keçmiş ailə üzvlərini bıçaqlayan Afik Əhmədov Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.