Güclü külək Gəncədə ciddi fəsad yaratdı - Foto

9 May 2021 23:07 (UTC+04:00)

Gəncə şəhərində əsən güclü külək bir sıra fəsadlar yaradıb.

Teleqraf.com-un Qərb bürosunun verdiyi məlumata əsasən Gəncə şəhərinin bir sıra yaşayış massivlərində iri gövdəli ağaclar aşıb.

Qeyri-təbii hava şəraiti nəticəsində bəzi yaşayış massivlərində əhaliyə verilən qaz xətti kəsilib. İlkin məlumata əsasən təxminən 300-ə yaxın abonentin mənzilinə verilən mavi yanacaqda fasilələr yaranıb.

Hazırda Gəncə şəhər Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aşan ağacların yaşayış massivlərindən götürülməsi istiqamətində iş aparılır. Paralel olaraq, Gəncə şəhər Qaz İstismarı İdarəsi tərəfindən mavi yanacaqla bağlı bağlı problemlə üzləşən abonentlərə qazın bərpası istiqamətində işlər görülür. İlkin məlumata görə, güclü külək bəzi yaşayış massivlərində bəzi evlərin dam örtüyünə də ciddi ziyan vurub.