İngiltərədən "soyqırımı" açıqlaması - Ermənilərə tərs şillə

10 May 2021 13:20 (UTC+04:00)

ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri “soyqırımı” adlandırmasından sonra İngiltərədən bir açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə parlamentindəki çıxışı zamanı Xarici işlər naziri Saymon Koveni danışıb.

Millət vəkillərinin bununla bağlı sualını cavablandıran Koveni “erməni soyqırımı” mövzusunda beynəlxalq fikir birliyinin olmadığına diqqət çəkib:

“Hökumətimiz bu məsələ ilə əlaqədar heç bir mövqe tutmayıb və bizim bununla bağlı fikir bildirəcək mövqedə dayanmadığımıza inanıram. Nə BMT, nə də Avropa Birliyi 1915-ci il hadisələri ilə bağlı qərar verib”.

Koveni hər hansı qərar verilsə, bunun bəzi hüquqi nəticələrinin olacağını da söyləyib: “Hökumət 1915-ci il hadisələrində bir çox erməninin ölümünü faciə kimi xarakterizə edir”.