Prezidentin iştirakı ilə Culfa-Ordubad magistral avtomobil yolu açıldı

10 May 2021 12:26 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.