“Həmas”ın İsrailə məxsus avtobusu raketlə vurdu - Yaralılar var

12 May 2021 00:27 (UTC+04:00)

Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə atdığı raketlərdən biri avtobusu partladıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, avtobus boş olduğundan itki qeydə alınmayıb.

Reuters-in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda isə bildirilib ki, Tel-Əvivə və İsrailin mərkəzinə doğru 130 raket zərbəsi endirilib.

Raket atəşləri nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.