"İsrail-Fələstin arasında yaşananlar göstərdi ki..." - Bayden açıqladı

13 May 2021 20:00 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, Bayden Ağ Evdə COVID-19 vaksini ilə bağlı keçirdiyi mətbuat konfransında İsrail və Fələstin arasında yaşanan son hadisələrə qısaca münasibət bildirib.

İsrail, eləcə də Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələri ilə bu mövzuda yaxın təmasda olduqlarını bildirən Bayden Netanyahu ilə telefon danışıqları apardığını xatırladıb.

Yaxın zamanlarda durumun sakitləşəcəyini gözlədiyini bildirən Bayden əlavə edib ki, minlərlə raketin torpaqlarına düşdüyü İsrailin özünü qorumaq haqqı var.

Ağ Evin Bayden-Netanyahu görüşü haqda rəsmi açıqlamasında isə qeyd edilib ki, Bayden ABŞ-ın İsrailə müdafiə haqqına sarsılmaz dəstəyini ifadə edib. Bayden telefon danışığı zamanı Həmas və digər terror qruplarının Qüds və Təl-Əviv daxil, digər bölgələrə raket hücumunu pisləyib. Prezident Bayden eyni zamanda İsrailin təhlükəsizliyi və İsrailin mülki insanları qoruyarkən özünün və xalqını qanuni müdafiə haqqına dəstəyini ifadə edib. ABŞ prezidenti bölgədə sabitliyin təkrar saxlanılmasının vacibliyini də qeyd edib: “Bayden dünyadakı bütün fərqli inanclardan olan insanlar üçün çox əhəmiyyətli şəhər olan Qüdsün sülh şəhəri olmasının vacibliyinə xüsusilə vurğu edib”.