“Azəriqaz”ın baş direktoru şəhid ailələrini ziyarət etdi

13 May 2021 17:41 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ramazan bayramında Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini ziyarət edib. Ailənin qayğıları ilə maraqlanılıb.

Teleqraf.com xəbər verir ki, Şəhid Osman Manafovun atası Natiq Manafov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti idarəsində çalışır.

Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev və Həmkarlar ittifaqı komitəsinin sədri Ədalət Qurbanov isə şəhid Zaur Mədətovun ailəsini ziyarət edib.