Şəkidə 1 tondan çox narkotik aşkarlandı

18 May 2021 10:51 (UTC+04:00)

Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Teleqraf.com xəbər verir ki, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.