Valyuta hərracında dollara tələb ikiqat artdı

18 May 2021 14:20 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Teleqraf.com AMB-a istinadən xəbər verir ki, hərracda tələb 44,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Mayın 6-da keçirilən hərracda tələb 24,3 milyon ABŞ dolları olub. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 98,7 faiz artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.