İki nəfər dəm qazından boğuldu

1 Noyabr 2014 14:08 (UTC+04:00)

Ötən gün iki nəfər dəm qazından zəhərlənib.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 31-də Bakı şəhər sakini Nicat Hacıbəyli Yasamal rayonunda yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qazax rayon sakini Rafət Rzayev dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilsə də orada dünyasını dəyişib.