Qızıl Aypara Cəmiyyətin vəzifəli şəxsləri korrupsiyada ittiham edilir - Rəsmi

25 May 2021 16:26 (UTC+04:00)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.