İŞİD daha 50 nəfəri qətlə yetirdi

1 Noyabr 2014 22:57 (UTC+04:00)

İŞİD” terror qruplaşmasının üzvləri oktyabrın 31-də İraqın Anbar əyalətində silahlılara qarşı çıxış edən Albu Nimr qəbiləsinin 50-dən çox nümayəndəsini qətlə yetirib.

Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan başqa aşkarlanmış kütləvi məzarlıqda qəbilənin daha 35 nümayəndəsinin cəsədi tapılıb.

Bundan əvvəl İraqda 150 cəsədin olduğu daha bir kütləvi məzarlıq aşkarlanıb.