Macarıstanın xarici işlər nazirinin Azərbaycana səfəri başlayır

2 Noyabr 2014 19:37 (UTC+04:00)

Bu il noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində P. Siyartonun bir çox rəsmi şəxslərlə, həmçinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.