Peyvənd vurduranlara qəribə hədiyyə: “Silah veriləcək”

3 İyun 2021 22:43 (UTC+04:00)

ABŞ-da vətəndaşları koronavirus peyvəndləri əleyhinə fikirlərdən uzaqlaşdırmaq üçün müxtəlif, mükafatlı kampaniyalar aparılır.

Teleqraf.com xəbər verir ki. bu kampaniyalardan ən maraqlısı Qərbi Virciniya qubernatoru Cim Castis tərəfindən açıqlanıb.

O, peyvənd vurduracaq vətəndaşlara təhsil təqaüdü, xüsusi təchiz olunmuş yük maşınları, dövlət parklarına pulsuz giriş, ovçuluq və balıqçılıq sənədləri ilə yanaşı, silah da veriləcəyini bildirib.