"Qardaş ölkənin paytaxtında oynayacağıq" - TFF prezidenti

9 İyun 2021 13:01 (UTC+04:00)

"Güclü qrupda yer almışıq. İtaliya ev sahibidir, ilk oyunumuzu da orada keçirəcəyik".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir DHA-ya açıqlamasında bildirib.

Funksioner ilk görüşdən sonra mübarizəyə Bakıda davam edəcəklərini xatırladıb: "Qardaş ölkəmiz Azərbaycanın paytaxtı Bakıda Uels və İsveçrə ilə oynayacağıq. Hədəfimiz qrupdan çıxmaqdır. İtaliya həqiqətən qrupun deyil, Avropa çempionatının ən güclü komandalarından biridir. Millimiz Şenol Güneşin rəhbərliyi ilə hazırlıq prosesini tamamladı. Əvvəl qardaş Azərbaycanla oynadıq, ardınca isə Qvineya və son olaraq Moldova ilə üz-üzə gəldik. Komandamız hazırda Almaniyada təlim-məşq toplanışındadır. Bu gün oradan Romaya gedəcəklər. İtaliya paytaxtında hazırlıq iki gün davam edəcək. Cümə günü isə oyunumuz olacaq".

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.