Paşinyanın ofisi qarşısında qarşıdurma: polis hərəkətə keçdi - Video

10 İyun 2021 14:32 (UTC+04:00)

Ermənistanın hökumət binasının qarşısında aksiya olub, qarşıdurma yaşanıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, aksiyanı Daşnaksütyun Partiyasının gənclər təşkilatı keçirib.

Aksiya zamanı əraziyə polis cəlb edilib. Erməni millətçi gəncləri polisə müqavimət göstərməyə cəhd ediblər.

Aksiya zamanı gənclər Nikol Paşinyanı xəyanətkar adlandırıblar.