Zəngilanın Ağalı kəndində əməliyyat – Foto

10 İyun 2021 13:25 (UTC+04:00)

Zəngilan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Teleqraf.com xəbər verir ki, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 300 kiloqram olan 1050 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.