İradə İsak jurnalistikadan getdi

10 İyun 2021 15:40 (UTC+04:00)

Tanınmış telejurnalist İradə İsak yeni vəzifəyə təyin olunub.

Teleqraf.com xəbər verir ki, o, “AysMed” klinikasında direktorun birinci müavini təyin edilib.

İradə İsak açıqlama verərək deyib: “Övladımla əlaqədar uzun müddət çalışmırdım. Düşünürdüm ki, yenilikləri televiziya sahəsində edərəm. Lakin belə təklif gəldi və bu sahədə özümü sınamaq istədim”.