Ağdam sakini itkin düşdü

10 İyun 2021 21:38 (UTC+04:00)

Ağdam rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə əlaqədar Ağdam Rayon Polis Şöbəsinə 2 gün öncə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildirilib ki, müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri davam etdirilir.