Sərkisyan blokuna gözlənilməz zərbə: Namizədi saxlanıldı

11 İyun 2021 12:08 (UTC+04:00)

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” seçki blokunun deputatlığa namizədi Ruben Xlqatyan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Qayana Papoyan məlumat verib.

O, bunu Ermənistan rəhbərliyinin “siyasi sifariş”i adlandırıb.

Qayana Papoyan Ruben Xlqatyanın həbsi barədə məhkəməyə müraciət edib.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.