"Xəstəxanada müalicə götürüb, axşamlar evə gedirəm" - Afaq Bəşirqızı

11 İyun 2021 18:45 (UTC+04:00)

Xalq artisti Afaq Bəşirqızı səhhəti haqqında danışıb.

Afaq Bəşirqızı Teleqraf.com-a açıqlamasında səhhətinin qaydasında olduğunu deyib:

"Səhhətim yaxşıdır, bir aydan yuxarıdır müalicədə idim. Ürəyimdən əməliyyat olunmuşam, ona görə tez-tez müalicə alıram. Qorxulu şey yoxdu. Xəstəxanada müalicə götürüb, axşamlar evə gedirəm. Mətbuatda yazıblar ki, iki saat əvvəl təcili xəstxənaya aparılmışam. Elə şey olar? Ailəm, qohumların hamısı narahat idi".