Ukraynadan iki ölkəyə müraciət: “Rusiya ərazilərimizi işğal edib, xahiş edirik…”

11 İyun 2021 21:36 (UTC+04:00)

Ukrayna parlamentinin vitse-spikeri Ruslan Stefançuk ölkəsinin NATO-ya daxil olması məsələsini həll etmək üçün Polşa və Litvanın köməyinə ümid etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, o, Varşava və Vilnüsün ittifaqdakı bütün vasitələrdən istifadə edərək digər üzvləri Kiyevin bloka üzvlüyünə dair fəaliyyət planının təqdim edilməsinə kömək edə biləcəklərini söyləyib.

“Polşa tərəfindən Rusiyanın Ukraynaya təcavüzü və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi məsələsini gündəmdə saxlamasını xahiş edirik”, - Stefançuk bildirib.