Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

11 İyun 2021 23:55 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasının hansı münasibətlə olduğu hələ açıqlanmayıb.

Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də - Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.