Pərvin Röyanı müdafiə etdi: "Ağlınıza gələn ilk şey budur..."

12 İyun 2021 21:43 (UTC+04:00)

Xalq artisti Röya Ayxan istirahət fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda çimərlik geyimində fotosunu yayıb. Şəbəkə izləyiciləri xalq artistini tənqid ediblər.

Bundan əsəbləşən aktrisa Pərvin Abıyeva Röya Ayxanı müdafiə edib:

"Ağlınıza gələn ilk şey budur. Sizin zehniyyətiniz kirlidir. Sən hovuzda şalvar ilə çimirsən? O, bir ulduzdur və heç kimdən asılı olmayan bir qadındır".