Fransada gənclərin partisinə polis basqını: Gözyaşardıcı qazla...

12 İyun 2021 15:05 (UTC+04:00)

Fransada minlərlə gəncin qoşulduğu gecə partisinə polis basqın edib.

Teleqraf.com xəbər verir ki, gənclər sosial şəbəkə üzərindən çağırış edərək Parisdə İnvalides meydanına toplanıblar. Gecə 23:00-dan sonra küçəyə çıxma qadağasına məhəl qoymayan gənclər parti keçirməyə cəhd göstəriblər.

Çoxluğun maska taxmadığını və qaydların pozulduğunu görən polis gözyaşardıcı qazdan istifadə edərək şənliyi dağıdıb.