Zurabişvili humanitar razılaşmadan danışdı

12 İyun 2021 23:10 (UTC+04:00)

Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə olunması münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilini təbrik edirəm.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Tvitter hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, Gürcüstan tarixi vasitəçi roluna qayıdıb: "ABŞ və Avropa İttifaqı Qafqaza dönüb, etimadın möhkəmləndirilməsi dayanıqlı sülhə aparan yoldur".