İngiltərə millisi “Avro-2020”yə minimal hesablı qələbə ilə başladı

13 İyun 2021 19:14 (UTC+04:00)

İyunun 13-də futbol üzrə İngiltərə millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Teleqraf.com-un məlumatına görə, "Avro-2020"nin D qrupu çərçivəsində İngiltərə millisi Xorvatiya yığması ilə qarşılaşıb.

Londondakı "Uembli" stadionunda təşkil olunan görüşün birinci hissəsində hesab açılmayıb. Oyunun 57-ci dəqiqəsində İngiltərə millisinin üzvü Rahim Sterlinq Kalvin Fillipsin ötürməsini baxımlı qolla tamamlayıb. Sonra komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb.

D qrupunda növbəti oyun iyunun 14-də Bakı vaxtı ilə saat 17:00-da Şotlandiya və Çexiya milliləri arasında təşkil olunacaq.