Ağstafada avtomobil qəzası - xəsarət alanlar var

13 İyun 2021 19:29 (UTC+04:00)

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Saloğlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.