Malidə partlayış - 8 sülhməramlı yaralandı

14 İyun 2021 08:05 (UTC+04:00)

Malinin mərkəzi hissəsində yerləşən Mopti regionunda güclü partlayış törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-dəki mənbələr və Mali ordusundan məlumat verilib.

Bildirilir ki, sülhməramlıların nəqliyyat vasitəsi Duents şəhəri yaxınlığında minaya düşüb. Partlayış nəticəsində ən azı səkkiz sülhməramlı yaralanıb, onlardan beşinin vəziyyəti ağır qiymətləndirilir.