Damladan inanılmaz etiraf: "İkinci bahar yaşayacaq halda deyiləm..."

14 İyun 2021 15:05 (UTC+04:00)

Müğənni Damla Xəzər televiziyasında ikinci dəfə ailə qurması haqqında yayılan xəbərlərə münasinət bildirib.

Teleqraf.com xəbər verir ki, o, yenidən ailə qurmasını şayiə adlandırıb: "Mən ailəli deyiləm, rəsmi nikah yoxdur. Ailə həyatı qurmamışam. Bu qədər tamaşaçının gözünün içinə baxa-baxa necə deyə bilərəm ki, mən ailə qurmuşam, rəsmi nikaha girmişəm, əlimdə evlilik şəhadətnaməsi var?! Ailə qursaydım, niyə gizlədim ki, evlilik ayıb bir şey deyil ki... Evləndikdə bəyan edirsən ki, ailə qurmusan".

Müğənni "Ailə qurmaq təklif edilsə, qəbul edərsiniz?" sualına isə belə cavab verib: "Ağ gəlinlik geyinib, təmtəraqlı toy etmək, ziyafət təşkil edib, ikinci bahar yaşayacaq havada deyiləm. Çünki oğlumun 14 yaşı var. Allah qismətimə yazıbsa olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Damlanın prodüseri Şamillə ikinci dəfə ailə həyatı qurması haqda məlumat yayılmışdı.