Bayraktardan Azərbaycan mesajı: “Dağ olsanız, torpaq bizik...”

15 İyun 2021 13:05 (UTC+04:00)

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

“Dağ olsanız, torpaq bizik. Budaq olsanız, yarpaq bizik. Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik. “Bir millət iki dövlət” şüarının ruhu ilə qardaş ölkə Azərbaycanın 15 iyun Milli Qurtuluş Gününü təbrik edirik”, - Bayraktar bildirib.