Çavuşoğludan Qarabağ açıqlaması: "Hər kəs bilməlidir ki..."

16 İyun 2021 13:38 (UTC+04:00)

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunun açılışı ilə bağlı nitqində Qafqazda sülh mərhələsinin də müzakirə ediləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türk mediası xəbər yayıb.

Mövlud Çavuşoğlu forumda Qafqazda sülh məsələsinin müzakirə ediləcəyini deyərkən Qarabağ məsələsinə də toxunub:

“Azərbaycan torpaqlarını geri aldı. Azərbaycanın ərazi bütövlüyünə hər kəsin hörmət etməsi lazımdır. Cənubi Qafqazın istiqlal və sülh bölgəsi olmasını istəyirik. Ümid edirəm ki, Ermənistan dəsr aldı. Bölgədə sülh hakim olur”.