Qarabağıda elektrikləşdirilmə: Mühüm məlumatlar açıqlandı

16 İyun 2021 13:49 (UTC+04:00)

İşğaldan azad olunan bütün rayonlarda 110 kV-luq yarımstansiyalar inşa olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nın ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

O bildirib ki, Şuşa yarımstansiyası artıq istismara verilib: "Biz hazırda 110 kV, 35 kV və 10 kV-luq Füzuli yarımstansiyasındayıq. Yarımstansiya 3 ay ərzində inşa edilib. O, Füzuli rayonunu, o cümlədən rayondakı strateji obyeklərini, hava limanı və digər böyük obyektləri, Füzuli-Şuşa yolunu, eyni zamanda əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək".

Teymur Abdullayev qeyd edib ki, 110 kV, 35 kV və 10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub: "Bu stansiya sistem əhəmiyyətli olduğu üçün çox vacibdir. Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalandırılacaq.

Hazırda Qarabağda və ətraf ərazilərdə işlər davam etdirilir. Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir. Eyni zamanda Murovu aşmaqla Kəlbəcərə 70 km məsafədə 110 kV-luq iki dövrəli xətt çəkilir. Qubadlı Zəngilan Cəbrayıl rayonlarına 110kV-lq yeni xətlər quraşdırılır. Ağdamda 110 kV-luq Ağdam-1 Ağdam-2 yarımstansiyaları tikilir. Suqovuşan-1, Suqovuşan-2 kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb".