Azərbaycan bu plaftormadan təhlükəsizliyin təmin olunması üçün istifadə edir - Hacıyev

16 İyun 2021 16:29 (UTC+04:00)

Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir: "Azərbaycan Qoşulmama Hərəkatı platformasını beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk".