ABŞ və Rusiya liderlərinin görüşü başa çatdı

16 İyun 2021 20:26 (UTC+04:00)

ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında geniş tərkibli və məhdud tərkibdə baş tutan görüşlər fasilə də daxil olmaqla 4 saat yarım davam edib.

Teleqraf.com xəbər verir ki, iki liderin Cenevrə gölünün sahilindəki "Villa La Grange" sarayında görüşü yerli vaxtla saat 5-də başa çatıb, bir qədər sonra isə Putinin mətbuat konfransı başlayıb.

Görüşlə bağlı danışan Putin bildirib ki, bir neçə ay bundan əvvəl qarşılıqlı olaraq geri çağırdıqları səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə edilib.